Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 360-cı kilometrliyində, Goranboy rayonu ərazisində "VAZ" markalı minik avtomobili ilə "KAMAZ" markalı yük avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilində olan sürücü və bir sərnişin hadisə yerində ölüb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış meyitləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22.05-də başa çatıb;
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB