Neftçala rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı qamış və palçıqdan ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1958-ci il təvəvəllüdlü Nağıyeva Şəndə Vəli qızının meyiti tapılıb və 1 nəfər yanıq xəsarətləri ilə təcili tibbi yardım tərəfindən xəstəxanaya aparılıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə əlaqadar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB