Bacısı oğlunun soydu

Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridiyi əməliyyat tədbirləri nəticəsində qızıl əşyaları oğurlayan şəxs həbs olunub. Bu rayon sakini Vasif Sultanovdur. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, o, bacısı oğlu Sərxan Sultanovun mənzilinə girərək oradan ümumi dəyəri 5700 manat olan qızıl zinət əşyalarını oğurlayıb. Daha sonra paytaxta yollanan Vasif burada oğurladığı əşyaların bir qismini satmağa müvəffəq olub. Lakin çox keçmədən polis tərəfindən saxlanılan Vasif Sultanov istintaqa cəlb olunub.

Təqsirləndirilən şəxs hadisəni törədərkən sərxoş vəziyyətdə olduğunu, bu səbəbdən də heç nəyi xatırlamadığını bildirib. O, həmçinin törətdiyi əməldən peşmandır.

Qeyd edək ki, hazırda faktla bağlı Xaçmaz RPŞ-də istintaq tədbirləri davam etdirilir.


Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə