Qax rayonunda ölüm hadisəsi qeydə alınıb. Kanal S-dən SİA-ya verilən məlumata görə, Qax rayon Qorağan kənd sakini 1978-ci il təvəllüdlü Eyvazova Leyla Müsabir qızı müəmmalı şəkildə dünyasını dəyişib. İlkin məlumatlara görə, dünyasını dəyişən şəxs epilepsiya xəstəsi olub. Onun kənd ərazisində su doldurarkən ürəyindən sancıların tutduğu, daha sonra dünyasını dəyişdiyi bildirilir. Hadisə yerinə dərhal təcili tibbi yardım və polis briqadası yollanıb. Ancaq onların hadisə yerinə çatdıqları anda mərhum dünyasını dəyişmiş olub.
Qeyd edək, faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB