Şabranda qətl

Şabranda qətl hadisəsi baş verib. Söyüş üstündə düşən mübahisə bir nəfərin həyatına son qoyub. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, yanvarın 21-i axşam saatlarında Şabranda bıçaqlanma hadisəsi baş verib. Qanlı hadisə rayonun Güləmli kəndindəki köhnə fermaların ərazisində qeydə alınıb. Şabran rayon Prokurorluğundan verilən məlumata görə, 25 yaşlı Şabran sakini Vüqar Zeynalov həmyaşıdı Tacir Həsənova aralarında düşən nəticəsində pıçaqla xəsarət yetirib. Ancaq yaxınları bundan xəbərsizdir.

Çiyninin sol hissəsindən və ürək nahiyyəsindən bıçaq xəsarətləri alan Tacir Həsənov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisəyə səbəb kimi mərhumun Vuqar Zeynalovun bacısının ünvanına nalayiq sözlər deməsi göstərilir.

Hadisədə təqsirləndirilən Vuqar Zeynalov polis tərəfindən saxlanılıb.Hazırda faktla bağlı araşdırma aparılır. İstintaq davam edir.

Emin Kərimov, Şabran

Bütün xəbərlər Facebook səhifəmizdə