Oğrluq + heroin

Mingəçevir polisi avtomobil ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən şəxsləri saxlayıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Yevlax rayon sakinləri 34 yaşlı Xəyal Əsgərov və 1976-cı il təvəllüdlü Anar Kərimovun birgə yaşadığı evdən ayrı-ayrı vətəndaşlara məxsus avtomobillərdən oğurlanan maqnitofonlar, şinlər aşkarlanıb. Əməliyyat tədbiri nəticəsində, həmçinin oğru dostların narkotik istifadəçiləri olduğu müəyyənləşib. Onların üzərindən 0,5 qram heroin tapılıb.

Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb, hər iki şəxs Mingəçevir şəhər Polis İdarəsində saxlanılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə