Neftçalada 76 yaşlı kişi ov tüfəngi ilə özünə qəsd etmək istəyib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Neftçala rayonunun Qaraqaşlı kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 76 yaşlı Böyükkişi Alıkişi oğlu Əhmədov özünü intihar etmək məqsədilə ov tüfəngindən çənəsinin altından atəş açıb. Yaralı dərhal Salyan rayon mərkəzi xəstəxanasına çatdırılaraq cərrahiyyə şöbəsində əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, reanimasiya şöbəsində yerləşdirilən yaralı Böyükkişi Əhmədovun vəziyyəti orta ağır olaraq qalır.
Hələlik hadisənin əsl səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB