Ağdaşda sex yandı

Ağdaş şəhərində yanğın hadisəsi baş verib. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan taxta atmalar üzərində quraşdırılmış dəmir konstruksiyadan ibarət dülgər sexinin yanar konstruksiyaları, 1 ədəd dəzgah və içərisində olan taxta qırıntıları yanıb. Sahəsi 176 kv.m olan bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 15:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə