Dünən saat 20.00 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində, qəsəbə sakini Asəf Məmmədov "VAZ-2107" markalı avtomaşını idarə edərkən, həmyerliləri Fatma Məmmədovanı, İbrahim Əliyevi və Saray Əliyevanı vurub. SİA-nın verdiyi məlumata görə, nəticədə xəsarət almış hər 3 piyada xəstəxanaya yerləşdirilib, onlardan biri - F.Məmmədova hadisə yerində ölüb, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB