Dünya inkişaf etdikcə, yeni dəyərlərə, texnologiyalara sahib olduqca cəmiyyət də buna adekvat olaraq dəyişir. Peşələr də reallığa uyğun formalaşır. Müasir texnologiya oğruların da modernləşməsinə təkan verib. SİA-nın Daxili İşlər Nazirliyindən aldığı məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da İsmayıl Şərifiyə məxsus kafedən 150 manat pul, 1 ədəd mobil telefon və 1 ədəd planşet oğurlamış şəhər sakini Nicat Cəfərov və Zaqatala rayon sakini Zurab Hacıyev tutulublar.
Göründüyü kimi dostlar insan həyatının ayrılmaz hissəsinə çevrilən puldan savayı müasir texnoloji avadanlıqlar - telefon və planşeti oğurlamağı da unutmayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB