Toylarda musiqi sifarişi üstündə düşən davalar kafelərdə də baş verməyə başlayıb
Toylarda musiqi sifarişi üstündə düşən davalar kafelərdə də baş verməyə başlayıb. Şamaxı sakini Hilal Bayramov Bakıda gecə saat 1-2 radələrində dostları ilə kafelərdən birində yeyib içiblər. Hilal Bayramov musiqi sifariş edərkən başqa masada oturan müştərilərdən biri ilə mübahisə edib.
Kafe sahibi Asim Musayev mübahisəni sakitləşdirmək istəyərkən Hilal onunla da dava edib. Elə hər şeydə bu zaman olub.
Asim Musayevi bıçaqlayıb qaçan Hilalı Binəqədi polisi Şamaxıda saxlayaraq istintaqa cəlb edib.
İndi Hilal Bayramov barəsində Binəqədi polisi tərəfindən qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB