“Mercedes”lə “KamAZ” toqquşdu

Bir nəfər xəsarət aldı
“Mercedes”lə “KamAZ” toqquşdu

Bu gün səhər saatlarında Qaradağ rayonunun ərazisində, Bakı-Qazax yolunun 37-ci kilometrliyində "Mercedes" markalı minik avtomobili və "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilinin mühərrik hissəsi yanmış, müxtəlif dərəcəli xəsarətlər almış sürücü xəstəxanaya yerləşdirilib.

Alov yanğınsöndürənlər tərəfindən söndürülüb, ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə