Lerik şəhərində yanğın hadisəsi baş verib. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 220 kv.m olan birmərtəbəli inzibati binanın 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 18 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB