Sürücü ölümdən qurtula bildi?

Bu gün saat 11:00 radələrində Qaradağ Rayonunda ağır yol qəza hadisəsi baş verib. Mercedes markalı, 99 CV 812 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkət edərək yük maşını ilə toqquşub.

Hadisə şahidlərinin sözlərinə görə, Mercedes yüksək sürətlə hərəkət edərək "Şaqman" markalı yük maşınına arxadan çırpılıb. Mercedes tam yararsız vəziyyətə düşsə də, xəsarət alan sürücü ölümdən qurtula bilib. Yaralıya tibbi yardım göstərilir. Şaqman"ın sürücsü isə heç bir xəsarət almayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə