İsmayıllı rayonu, Kürdmaşı kəndində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 90 kv.m sahədə və tövlənin içərisinə yığılmış 4 ton ot bağlamasının 3.5 tonu yanıb. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı tövlədə olan 6 baş iri buynuzlu heyvanın ikisi yanğınsöndürənlər tərəfindən, qalan heyvanlar isə əhali tərəfindən xilas olunub. Yanğından tövlənin və ot bağlamasının qalan hissələri mühafizə olunub. Yanğın saat 21:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yeganə Süleymanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB