Pula görə anasının başını kəsdi

Pula görə anasının başını kəsdi

Türkiyənin Konya şəhərində dəhşətli cinayət baş verib. Abdülaziz məhəlləsində yaşayan 56 yaşlı Havva Dönertaşın meyiti tapılıb. Araşdırmalar zamanı məlum olub ki, qadını elə onun öz doğma oğlu, 35 yaşlı Mustafa öldürüb.

Məlum olub ki, Mustafa anasının əvvəlcə başını kəsib. Sonra isə qadına 60 bıçaq zərbəsi vurub. Cinayəti törətdikdən sonra şkafdan 10 min türk lirəsi (5655 dollar) götürərək marketə düşüb. O, bütün pula müxtəlif markalı siqaret alıb. Daha sonra Mustafa evə qalxaraq, anasının meyiti üstündə oturub və siqaret çəkməyə başlayıb.

Meyit tibbi ekspertiza üçün morqa göndərilib. Hadisəni törədən Mustafa isə ruhi və əsəb xəstəlikləri xəstəxanasına göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə