İmişlidə oğul ana qatili oldu. SİA-nın Aran bürosuna məlumat verən İmişli rayon prokurorluğunun müstəntiqi Elşad Əzimov bidirib ki, 13 yanvar 2013-ci il tarixdə saat 00.18-də RPŞ-nə rayonunun Qaragüvəndikli kəndində yaşayan 1970-ci il təvəllüdlü Əliyeva Məhbubə Vahid qızının sağ böyründən bıçaqlanaraq ölməsi barədə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında İmişli rayon prokurorluğunun əməkdaşları və əməliyyat qrupu ilə hadisə yerinə yollanaraq ilkin zəruri hərəkətlər həyata keçirilib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Əliyev Əhməd Səyyad oğlu 12 yanvar 2013-cü il tarixdə saat təxminən 24 radələrində 1970-ci ildə İmişli rayonunun Qaragüvəndikli kəndində anadan olmuş, Beyləqan rayonunun Əhmədli kəndində qeydiyyatda olan, faktiki olaraq İmişli rayonunun Qaragüvəndikli kəndində yaşamış anası Əliyeva Məhbubə Vahid qızını qısqanclıq zəminində qəsdən öldürmək məqsədi yaşadığı ünvana gəlib. Anasının yaşadığı evin həyətinin giriş darvazasından içəridə üstündə gətirdiyi bıçaqla anasının bədəninin sol və sağ kürək nahiyyələrinə bir neçə dəfə zərbə vurub. Sonra bıçağı hadisə yerində ataraq qaçıb. Nəticədə Əliyeva Məhbubə Vahid qızı qohumları tərəfindən yardım olunmaq məqsədi ilə xəstəxanaya aparılarkən aldığı həmin xəsarətlərdən yoldaca dünyasını dəyişib. Əliyev Əhməd Səyyad oğlu isə 13 yanvar 2013-cü il tarixdə şübhəli şəxs qismində saxlanılıb və törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı 13 yanvar 2013-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB