Fövqəladə Hallar Nazirliyi Hacıqabulda neft daşıyan qatarın qəzaya uğraması ilə bağlı rəsmi məlumat yayıb. SIA-nın FHN rəsmi saytına istinadən verdiyi xəbərə görə, Hacıqabul rayonu, Pirsaat stansiyasında dəmiryolu qəzası baş verib. Məlumatda qeyd olunur ki, Bakı-Gürcüstan istiqamətində hərəkət edən, 40 vaqondan ibarət hər birinin tutumu 60 ton olan xam neftlə dolu 7 vaqon xəttdən çıxıb və onlardan 3-ü aşıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvələri və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
FHN-nin məlumatında həmçinin qeyd olunur ki, aşmış vaqonlardan ətrafa dağılan xam neft 1000 kv.m sahədə yanıb. Yanğından vaqonların qalan hissəsi və yaxınlıqdakı evlər mühafizə olunub.
Yanğın saat 02:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hazırda qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə müvafiq işlər görülür, yanğınsöndürənlər hadisə yerində növbə çəkir. Hadisə ilə əlaqdar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB