Qazıməmməd-Qazax magistral qaz kəmərinin Göyçaydan keçən hissəsində cox güclü partlayış baş verib. SİA-nın xəbərinə görə, partlayış diametri 1020 mm olan Qazıməmməd-Qazax magistral kəmərinin Göyçay rayonunun Qarabaqqal kəndinin dağlıq ərazisindən keçən hissəsində səhər 07:20 radələrində qeydə alınıb. Qaz kəmərində yaranmış sızma nəticəsində alışma baş verib və partlayışdan sonra ərazidə güclü yanğın başlayıb.
Hadisə yerinə Ağdaş Magistral Qaz Kəmərləri Sahəsinin əməkdaşları, Göyçay rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb olunub. Yolların qarlı-buzlu olması texnikanın hadisə yerinə cəlb olunmasında böyük problemlər yaradığından alovun qarşısının alınmasında çətinlik yaranıb. Dağlıq ərazidə alov 100 metrdən çox yüksəyə qalxdığı üçün ətraf rayonlardan aydın müşahidə edilib. Borudakı qazın yanaraq sönməsi və sonra kəmərdə təmir-bərpa işlərinə başlanılması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB