Ağdaşda faciə yaşanıb

VI sinif şagirdi bədbəxt hadisənin qurbanı olub

Ağdaş rayonunda bədbəxt hadisə baş verib. Ağdaş rayon polis şöbəsindən verilən məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Tatlar kəndində qeydə alınıb.

Kənd sakini VI sinif şagirdi Nicat Əliyev bədbəxt hadisənin qurbanı olub. Belə ki, mal tövləsinin ban hissəsindən heyvanlara ot atmaq istəyərkən ayağının altındakı nərdivan qırılıb. Və bağlı otun ipi onun boyun nahiyəsinə keçib. Tövlədən ot ipindən asılı qalan N. Əliyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə