Yanğın söndürülüb

Ötən gün Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan talvarın altında yerləşən dəmir, taxta konstruksiyalardan ibarət gözətçi və fəhlələrin soyunma-geyinmə otağı 100 kv.m sahədə yanıb. SİA Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən xəbər verir ki, hadisə zamanı talvarın qalan hissəsi və yaxınlıqda yığılmış taxtalar yanğından mühafizə olunub. Yanğın saat 21:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə