Tərtərdə baş verən hadisədə metal boruları oğrulayan şəxs tutulub. Rayon sakini İlham Rəcəbov rayon polis şöbəsinə həyətindən naməlum şəxs tərəfindən müxtəlif diametrli dəmir boruların oğurlanması barədə xəbər verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən əvvəllərdə məhkum olunmuş 30 yaşlı rayon sakini Nicat Xıdırov tutulub.
30 yaşlı gənc ilkin ifadəsi zamanı polisə bildirib ki, əvvəlcədən planlaşdıraraq şəhərin Nizami Süleymanov küçəsində 2 saylı evə gecə saatlarında qanunsuz daxil olub. Tək başına evin həyətindən çoxlu sayda metal boruları gizli yolla aparıb.
Nicat Xıdırovun barəsində rayon məhkəməsi tərəfindən həbs qərarı verilib, polis tərəfindən CM-nin 177.2.3 maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Qeyd edək ki, Nicat Xıdırovun bütün ailə üzvləri atası, anası və qardaşı müxtəlif cinayət əməllərinə görə tutularaq cəzaçəkmə məntəqəsində saxlanırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB