Bakıda Sabunçu rayonunda "VAZ" markalı minik avtomobili və "KAMAZ" markalı yük avtomobili toqquşub. SİA-nın FHN-nin saytına istinadən xəbərinə görə, hadisə nəticəsində, "VAZ" markalı minik avtomobili deformasiyaya uğrayıb və avtomobilin sürücüsü 1987-ci il təvəllüdlü Vəliyev Zamiq Ramiz oğlu hadisə yerində vəfat edib, iki nəfər sərnişin isə xəsarət alıb.
Hadisə yerinə gələn xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən sürücünün cəsədini çıxarıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB