Qazax rayonu ərazisində iki avtomobil toqquşub. Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verilən xəbərə görə, hadisə yanvarın 4-də Qazax rayonu ərazisində baş verib, rayon sakinləri Anar Novruzovun idarə etdiyi "Mercedes" və Məmməd Əhmədovun idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşub.
Nəticədə M.Əhmədovun avtomobilində olan sərnişin İbrahim Əliyev hadisə yerində ölüb, xəsarət almış hər 2 sürücü isə xəstəxanaya yerləşdirilib. Vəziyyətləri orta-ağırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB