Yanğında can itkisi olub

Qax rayonunun Qaşqaçay kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılmış 1 ton ot bağlaması və digər vətəndaşa məxsus ona bitişik tikilmiş ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyü və damına yığılmış 4 ton ot bağlaması yanıb. SİA Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən xəbər verir ki, yanğın zamanı tövlədə olan 1 baş iribuynuzlu heyvan və 1 baş at tələf olub. Hər 2 tövlənin qalan hissəsi yanğından mühafizə olunub, 1 baş iri buynuzlu heyvan xilas edilib.

Yanğın saat 07:28 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə