Şəki rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli üçotaqlı evin çardağının yanar konstruksiyaları 4 kv.m sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər bir hadisə Xaçmazda baş verib. Belə ki, Xaçmaz şəhərində vətəndaşa məxsus hər mərtəbəsi 110 kv.m olan ikimərtəbəli səkkiz otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyası və ev əşyaları 16 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB