Arvadına qəzəbləndi, evi yandırdı

Arvadına qəzəbləndi, evi yandırdı

Şamaxıda ailə münaqişəsi zəminində maraqlı hadisə baş verib. Belə ki, ər və arvad arasında yaranmış münaqişə evin yandırılması ilə nəticələnib. Hadisə ötən gecə, bayram axşamı baş verib. Rayon sakini Vüsalə Babayevaya məxsus 1 mərtəbəli 4 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyinin Şamaxı rayon yanğından mühafizə hissəsinin yanğınsöndürənləri əməliyyata cəlb olunsa da, evin 60 kvadrat metr sahəsi tamamilə yanıb.

Məlumata görə, evin yanmasına ərlə arvad arasındakı münaqişə səbəb olub. Bir neçə ay əvvəl həyat yoldaşı Elxanla dalaşan Vüsalə Babayeva ondan polisə də şikayət edib. Bu hadisədən 3 gün əvvəl evə sərxoş vəziyyətdə gələn Elxan həyat yoldaşını bıçaqla hədələyib. Buna görə də V.Babayeva atası evinə gedib. Ötən gecə saat 24.00 radələrində isə qonşuları zəng edərək, ona həyat yoldaşının evini yandırdığını deyiblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə