Bacıları zorlayan tutuldu

Türkiyənin İzmir şəhərində 10 və 11 yaşlı iki qıza təcavüz edən 59 yaşlı A.H. həbs olunub. Təcavüz edilmiş qızların qohumlarından olan M.A. polis idarəsinin qarşısında A.H.-nın oğlu B.H. ilə qohumu İ.U.H.-ni bıçaqlayıb, sonra da polisə təslim olub.

Hadisə İzmirin Buca rayonundakı Yıldız məhəlləsində, 441-ci küçədə baş verib.

Konak rayonunda dükan sahibi olan 59 yaşlı A.H. küçədə oynayan bacılar - 10 yaşlı Y.A və 11 yaşlı L.A-nı: "Gəlin, sizə konfert verim", - deyərək dükana çağırıb.

Qızlar dükana girəndən sonra A.H. uşaqları dükanın arxa qapısından dalana çıxarıb, orada uşaqları zorlayıb.

Məhəllə sakinlərindən biri bu iyrənc mənzərəni görüb, polisə xəbər verib.

A.H.-nin polis idarəsinin qarşısında bıçaqlanmış oğlu, 25 yaşlı B.H. və qohumu, 25 yaşlı İ.U.H. xəstəxanaya aparılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə