Türk aktyorun həyatı üçün təhlükə yoxdur
Türkiyənin İstanbul şəhərində məşhur aktyor Pamir Pekin bıçaqlanıb. Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla gecə iki radələrində baş verib.
Aktyorun sırasında olduğu qrupla digər bir qrup arasında dava baş verib. Nəticədə aralarında Pamir Pekin də olmaqla üç nəfər bıçaqlanıb. Aktyoru yaralayan şəxsin saxlanıldığı bildirilir. Pamir Pekinin isə həyatı üçün təhlükə mövcud deyil.
Qeyd edək ki, 33 yaşlı aktyor "Tozlu yollar", "Lale Devri", "Keskin bıçaq", "Komissar Nevzat" kimi filmlərdə rol alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB