Təyyarə yerə sərt düşdü

Çexiyadan Moskvaya uçan sərnişin təyyarəsi "Kiyev şossesi"nə sərt eniş edib, nəticədə qəzaya uğrayıb. SİA-nın məlumatına görə, "Red Wings"şirkətinə məxsus "Tu-204" təyyarəsi "Vnukovo" hava limanının uçuş-eniş zolağının hüdudlarından kənara çıxdıqdan sonra yanıb. Hadisə nəticəsində yaralananların olduğu da bildirilir. Hətta müxtəlif mənbələr sərt eniş zamanı ölənlərin olduğunu da qeyd edirlər.

"Rossiya 24" telekanalı 6 ekipaj üzvünün xəsarət aldıqlarını xəbər verib. Hadisə yerini nəqliyyat polisi əhatəyə alıb.

Qeyd edək ki, təyyarədə ekipaj üzvlərindən başqa 12 nəfər sərnişin də olub.

Bütün xəbərlər Facebook səhifəmizdə