Ağdamın Quzanlı qəsəbəsində növbəti dəfə zəhərlənmə hadisəsi baş verib. SİA-nın Qarabağ bürosundan SİA-ya verilən məlumata görə, bu dəfə zəhərlənmə hadisəsi pomidor turşusundan yox, vaxtı ötmüş şirniyyatdan baş verib. Qidadan zəhərləndiyini ehtimal edən iki ailədən beş nəfər xəstəxanaya müraciət edib. İki qardaşın beş övladı Ruslan, Niyaz, İlkanə,Türkanə və Ramil Quliyevlər dükandan aldıqları köhnəlmiş şirniyyatı yeyincə özlərini pis hiss ediblər.
Şiriniyyatı yedikdən sonra uşaqlarda ürəkbulanma, başgicəllənmə, baş ağrısı, qusma müşahidə edən valideynlər dərhal həkimə müraciət ediblər. Zərərçəkənlərin hamısı azyaşlı olduqlarından onları rayon uşaq xəstəxanasına yerləşdiriblər. Həkim müdaxiləsindən sonra uşaqların vəziyyəti kafi qiymətləndirilir.
Uşaqların zəhərlənməsi ehtimal olunan şirniyyat isə toksikoloji analiz üçün paytaxta göndərilib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB