Yevlax rayonu, Qaraməmmədli kənd sakini ona məxsus dörd baş iribuynuzlu heyvanın otlaq sahəsindən oğurlanması barəsində polis şöbəsinə müraciət edib. SİA-nın Qarabağ bürosunun xəbərinə görə, aparılan axtarış əməliyyat tədbirləri nəticəsində oğurluğu törədən şəxslər saxlanılıb. Məlum olub ki, cinayəti törədən Tərtər rayon sakinləri 37 yaşlı Azər Əliyev və 30 yaşlı Mərdan Əliyevdir.
Qeyd edək ki, saxlanılan şəxslər əvvəllər də məhkumluq həyatı yaşayıblar. Oğurlanan mal-qaraya gəldikdə isə onlar apardıqları heyvanları işlədikləri qəssab dükanında kəsərək satıblar. Hazırda Yevlax polisi bu şəxslərin digər cinayətlərdə əlinin olub-olmadığını araşdırır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB