Park Bulvar AVM-ə hücum olub

Son günlər bir sıra dövlət orqanlarının rəsmi internet səhifələri xaker hücumlarına məruz qalır. Xakerlərin növbəti hədəfi isə Bakının iri ticarət obyektlərindən biri Park Bulvar AVM-in "Facebook" səhifəsi olub. Park Bulvar AVM-in PR meneceri Günay Malikqızının SİA-ya verdiyi məlumata görə, fan page səhifənin 110 minə yaxın üzvü olub.

"Facebook" Müştəri Xidmətlərinə olunan müraciətdən sonra səhifə 24 saatlıq deaktiv olunub. Bununla əlaqədar olaraq Park Bulvar AVM-in son yenilikləri və aksiyaları barədə məlumatları http://www.parkbulvar.az/index.php saytından öyrənə biləcəksiniz. Rəsmi olaraq bildirilir ki, Park Bulvar AVM-in "Facebook" səhifəsi Park Bulvar adminləri tərəfindən idarə olunmur və səhifədə yerləşdiriləcək hər hansı bir məlumata görə məsuliyyət daşınmır.

Eyni zamanda, PR menecerinin özünün şəxsi "Facebook" səhifəsi də xakerlərin hücumuna məruz qalıb. Qeyd olunur ki, hazırda araşdırma aparılır və xaker hücumunun aradan qaldırılmasına çalışılır.

Bütün xəbərlər Facebook səhifəmizdə