Yataqxanada yanğın!

Əcnəbi tələbələrin yataqxanasında yanğın olub. SİA-nın verdiyi xəbərə görə, hadisə dekabrın 24-dən 25-nə keçən gecə Bakının Mirəli Qaşqay küçəsi, 44 ünvanında yerləşən, Azərbaycan Dövlət Neft Akademiyasına məxsus 9 mərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti cəlb olunub. Yanğın nəticəsində 16 kv/m ərazi yanıb, tələbələr evakuasiya olunub, xəsarət alan yoxdur. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb.

Verilən məlumata görə, yataqxanada azərbaycanlı tələbələrlə yanaşı, əcnəbi tələbələr də yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə