Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Xətai rayonunda, dəniz limanında qazıntı işləri aparılan zaman döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub. SİA-nın verdiyi xəbərə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Nazirliyin mütəxəssisləri hadisə yerinə baxış keçirən zaman istifadəyə yararsız 1 ədəd 100 mm top mərmisi aşkar edib və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Axtarış əməliyyatlarının sonunda hadisə yerinə təkrar baxış keçirilib, nəticədə başqa partlayıcı qurğu və ya hərbi sursat aşkar olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB