34 ton su və köpək balıqları...

34 ton su və köpək balıqları...

Çindəki ticarət mərkəzlərindən birinə gələnlər qorxu dolu anlar yaşayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mərkəzə müştəri cəlb etmək məqsədilə içərisində köpək balıqlarının da olduğu nəhəng akvarium yerləşdirilib. Lakin onlarla insan akvariumu seyr edərkən gözlənilməz hadisə baş verib. Akvariumun 25 sm qalınlığında şüşələri bir anda qırılıb. İçərisində olan 34 ton su və köpək balıqları insanların üstünə tökülüb.

Hadisə nəticəsində xoşbəxtlikdən ölən olmasa da, 15 nəfər yaralanıb. Akvariumdakı 7 balıq isə məhv olub.

Bütün xəbərlər Facebook səhifəmizdə