Göyçay şəhərində vətəndaşa məxsus ev yanıb. SİA-nın fövqəladə hallar nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ümumi sahəsi 155 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə və evə bitişik ümumi sahəsi 60 kv.m olan mağazanın dam örtüyü 2 kv.m sahədə yanmışdır. Evin və mağazanın qalan hissələri, yaxınlıqdakı talvar və altında dayanmış "VAZ" markalı minik avtomobili yanğından mühafizə olunub.
Yanğın saat 05:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB