Türkiyədə stadion çökdü

İstanbulun Sarıyer bölgəsində qeydə alınmış hadisədə avtomobillərə ciddi ziyan dəyib

İstanbulun Sarıyer rayonunda stadion çöküb. Türkiyənin "Sabah" qazetinin verdiyi məlumata görə, stadionun divarının çökməsi nəticəsində stadionun kənarında dayanmış avtomobillərə ciddi ziyan dəyib. Hadisə nəticəsində ölən və yaralananlar haqqında heç bir məlumat verilmir. İlkin məlumatlara görə isə idman kompleksinin divarlarının aşmasına səbəb güclü qar çovğunu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə