Gəncə məktəbində dərslər dayandı

Gəncə məktəbində dərslər dayandı

Gəncə şəhərində yerləşən 14 saylı orta məktəbdə dərslər müvəqqəti bir neçə saatlıq dayadırılıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, buna səbəb səhər saatlarında şagirdlərin məktəbin dəhlizində qoyulmuş zibil qutusunda bilinməyən əşyanın yandırılması olub.

Tüstü məktəbin dəhlizini və otaqlarını bürüyüb. Şagirdlər təcili olaraq bayıra çıxarlılıb. Məktəb rəhbərliyi məktəbə bombanın qoyulması, partlayışın baş verməsi barədə gəzən söhəbtlərin yalan oluduğunu bildirib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə