İndoneziyada dəhşətli zəlzələ baş verib

İndoneziyada dəhşətli zəlzələ baş verib

İndoneziyanın Yava adası yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, baş vermiş hadisə il bağlı İndoneziya Milli meteorologiya, iqlimşünaslıq və geofizika idarəsi məlumat yayıb. Zəlzələnin episentri Mərkəzi Yava əyalətinin Patçitan şəhərindən 114 km cənub-şərqdə, mərkəzi isə 16 km dərinlikdə olub. Tələfat və dağıntı barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.

Qeyd edək ki, 2004-cü ildə İndoneziyada baş vermiş zəlzələ nəticəsində yüz minlərlə insan həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə