Dəhşətli qəza 26 can aldı

Kolumbiyada sərnişin avtobusunun aşması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, ağır qəzada 26 nəfər ölüb, 15 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Polis rəsmiləri Boqota – Jirarto arasındakı magistral yolda qəzaya uğrayan avtobusun qəhvə sərgisindən qayıtdığını bildirib.

Faktla bağlı istintaq başladılıb, araşdırmalar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə