Yaralılar evə buraxıldı

Bu gün səhər saatlarında Abşeron rayonunda 153 saylı marşrutun qəzaya uğraması nəticəsində xəstəxanaya gətirilən 7 nəfərin hamısı evə buraxılıb. SİA-nın məlumatına görə, həmin şəxslər yüngül dərəcəli xəsarət aldığı üçün vəziyyətləri qənaətbəxş olub.

Xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişən 64 yaşlı Zəkiyyə Bəydəmirovanın meyiti məhkəmə-tibbi-ekspertizasına göndərilib.

Qeyd edək ki, hadisə nəticəsində Aygün Mahmudova, Fərid Ələkbərov, Qətibə Həsənova, Məhəmməd Məmmədov, Əsmər Feyziyeva, Baba Zəribəyli və Əli Qarayev xəsarət alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə