Zərdab rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın verdiyi xəbərə görə, hadisə gecə saatlarında Zərdab-Ucar magistral yolunun Zərdab rayonundan keçən hissəsində baş verib.
Göyçay rayon sakini Ələkbərov Allahverdi Məmməd oğlunun idarə etdiyi VAZ 2106 markalı minik avtomobili eyni istiqamətdə hərəkət edən Kərimov Mikayil Zilfi oğlunun idarə etdiyi KAMAZ markalı yük maşını ilə toqquşub. Nəticədə VAZ markalı maşının sürücüsü və sərnişini Göyçay rayon sakini Məmmədov Yusif Alı oğlu hadisə yerindəcə keçinib.
Faktla bağlı Zərdab rayon polis şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB