Ağdamda avtomobil sexində partlayış baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbər görə, Ağdamın Quzanlı qəsəbəsində maşın təmiri sexində partlayış baş verib. Sexdə çalışan 23 yaşlı Samir Qurbanov soyuq havada isinmək məqsədi ilə ocaq qalayıb. Ehtiyatsızlıq səbəbilə od yaxınlıqdakı yağla dolu çənlərin birinə düşüb. Nəticədə güclü partlayış baş verib.
Hadisə şahidi Asif Baxşəliyevin sözlərinə görə, partlayış zamanı Samir Qurbanov müxtəlif dərəcəli bədən-yanıq xəsarətləri alaraq Ağdam Mərkəzi Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsində olan yaralının əziyyəti orta ağır kimi qiymətləndirilir.
Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub. Yaxınlıqdakı sex yanğından mühafizə olunub. Alov çətinliklə olsa da söndürülüb.
Qeyd edək ki, hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB