Yanğın xəsarətsiz ötüşmədi

Gəncə şəhərində mənzillərin birində yanğın hadisəsi baş verib. Gəncə şəhər Yanğından Mühafizə Xidmətindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, 100 kv/m sahəsi olan evin 1 otağında 1 kv/m sahə döşəmə yanıb. Yanğın nəticəsində ev sakini yüngül xəsarət alıb, xəstəxanaya yerləşdirilib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə