Sürücü yol qəzasında dünyasını dəyişdi

Sürücü yol qəzasında dünyasını dəyişdi

Ağdamda ağır yol qəzası baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun Alıbəyli kəndində baş verən ağır yol qəzasında iki minik maşını toqquşub.

Belə ki, havanın yağışlı olmasına baxmayaraq yaşayış məntəqəsində yüksək sürətlə hərəkət edən maşın yol qəzası törədib. Qəzada avtomobil sürücülərindən biri sükan arxasında ölüb, digəri isə ağır bədən xəsarətilə Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə zamanı magistral yolda gediş-gəliş çətinləşdiyindən yolda hərəkəti bərpa etmək üçün rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Qeyd edək ki, faktla bağlı polis araşdırma aparır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə