Sabirabadda yol tikintisində işləyən M-trans şirkətinə məxsus ağır yük maşın kanala aşıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün axşam saat 20:45 radələrində Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun tikintisində işləyən M-trans firmasına məxsus 15 tonluq ağır "Hora" maşını Sabirabad rayonun Şəhriyar kəndi ərazisində Sabir kanalına aşıb. Maşın kanala düşəndən sonra sürücü maşından çıxaraq xilas olub.
Şahidlərin dediyinə görə, sürücü maşını kanala aşırmasaydı qarşı tərəfdən üzərinə gələn "Mercedes" markalı minik avtomobili ilə toquşacağmış. Məlumat üçün bildirək ki, qeyd olunan avtomobil yolunun tikintisini icra edən podratçı təşkilat "Kolin" şirkətidir.
Faktla bağlı DYP-də araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB