Maşın oğruları yaxalandı

Bakı şəhər Baş Polis İdarsindən SİA-ya verilən məlumata görə, ötən gün saat 16:15 radələrində Şüvəlan qəsəbəsində Nigar Kərimovaya məxsus "KİA" markalı avtomaşından şüşəni sındırma yolu ilə 100 ABŞ dolları, avtomobilə aid sənədlər və çanta oğurlanıb. Xəzər rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Seymur Talıbov həbs olunub.

Bununla yanaşı noyabrın 9-na keçən gecə Zığ yolu küçəsində Qəzənfər Muzafarova məxsus "VAZ-21011" markalı avtomaşını qaçıran Bakı şəhər sakini Tural Qasımov Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə