Bərdə polisi oğurluqla məşğul olan cinayətkar dəstəni zərərsizləşdirib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, araşdırmalar zamanı məlum olub ki, 6 nəfərdən ibarət dəstə üzvləri Bərdə və Tərtər rayonları ərazilərində 10-dan artıq mənzildən oğurluq ediblər.
Cinayətkar qrupun üzvləri - Səyyar Əliyev, Seymur Vəliyev, Rəşad Nəsirov, Ehtiram Əliyev, Xalid Məmmədov, Vüqar Əliyev qapısı bağlı evləri müşahidə altında saxlayıblar. Əllərinə fürsət düşəndə isə evləri qarət ediblər. Qrupun üzvləri girdikləri mənzillərdən qızıl - zinət və məişət əşyaları oğurladıqlarını etiraf ediblər.
Qeyd edək ki, oğurluq faktı ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. Saxlanılan şəxslərin arasında əvvəllər oğurluq maddəsi ilə məhkum olunanlarda var. Hazırda dəstə üzvlərin başqa cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB