Sürücülərdən biri digərinə çoxsaylı bıçaq xəsarətləri yetirib
Bu gecə Bakı şəhərinin Qaradağ rayonu ərazisində qətl hadisəsi törədilib. Bakı-Ələt yolunda, Sanqaçal qəsəbəsi ərazisində iki avtomobil sürücüsü ərazisində dava olub.
Məlumata görə, bir-birinə yol verməyən sürücülərdən biri maşının işığı ilə işarə verərək digər sürücünün maşını saxlamasını istəyib. Avtomobili yol kənarına çəkən sürücülər düşərək məsələni aydınlaşdırmağa çalışıblar. Bu zaman onlardan biri digərinə çoxsaylı bıçaq xəsarətləri yetirib. İkinci hadisə yerindəcə keçinib.
Hadisə şahidləri bildirib ki, hadisəni törədən şəxs avtomobilinə minərək ərazidən qaçıb. Hazırda ölən şəxsin və hadisəni törədənin kimliyinin müəyyənləşdirmək istiqamətində iş aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB